26:3
(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)
26:4
Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
26:5
Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
26:6
Onlar (Qur´anı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Qur´anın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün mə´yus olacaqlar).
26:7
Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?
26:8
Şübhəsiz ki, bunda (Qur´anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.
26:9
Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
26:10
(Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: "Get o zalım tayfanın yanına -
26:11
Fir´on tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?"
26:13
Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)
26:14
(Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram".
26:15
(Allah) buyurdu: "Xeyr! (Fir´on səni əsla öldürə bilməz!) Hər ikiniz mö´cüzələrinizlə (Fir´onun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Fir´on tayfasının nə dediyini) eşidəcəyik!
26:18
(Musa Harunla Fir´onun yanına gedib bu sözləri deyəndən sonra Fir´on onu tanıyıb) dedi: "Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?
26:20
(Musa) dedi: "Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı).
26:21
Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
26:22
Boynuma minnət qoyduğun bu ne´mət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)"
26:24
(Musa: ) "Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!" - deyə cavab verdi.
26:25
(Fir´on) ətrafındakılara: "Eşitdinizmi?" - dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).
26:28
(Musa) dedi: "Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!"
26:30
(Musa) dedi: "Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?"
26:33
Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlar bir nur kəsildi).
26:36
Onlar dedilər: "Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər ki,
26:41
Sehrbazlar gələn kimi Fir´ona dedilər: "Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?"
26:44
Onlar iplərini və əsalarını yerə atıb: "Fir´onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!" - dedilər.
26:45
Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.
26:49
(Fir´on) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!"
26:50
(İman gətirmiş sehrbazlar) dedilər: "Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik!
26:51
Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!"
26:52
(Sonra) Musaya belə vəhy etdik: "Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fir´onun ordusu tərəfindən) tə´qib ediləcəksiniz!"
26:55
Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).
26:61
İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "(İşimiz bitdi!) Artıq yaxalandıq!"
26:63
Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
26:67
Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Fir´on tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.
26:68
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, töbvə edən bəndələrini bağışlayar!)
26:74
Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!" - deyə cavab vermişdilər.
26:83
Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!
26:84
Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)
26:87
(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!
26:89
Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö´minlərdən) başqa!"
26:93
Allahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?"
26:103
Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.
26:104
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
26:105
Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir).
26:107
Şübhəsiz ki, mən sizin üçün e´tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və´dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
26:109
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
26:111
Onlar: "Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?" - dedilər.
26:113
Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram!)
26:116
Onlar dedilər: "Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!"
26:118
Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan mö´minləri (bu əzabdan) qurtar!
26:121
Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi.
26:122
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
26:124
O zaman ki, qardaşları Hud onlara dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz?
26:127
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
26:128
Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?
26:129
Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!
26:130
Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb öldürürsünüz!)
26:136
Onlar dedilər: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik).
26:137
Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)
26:139
Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
26:140
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
26:142
O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?
26:143
Şübhəsiz ki, mən sizin üçün e´tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və´dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
26:145
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
26:148
Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)?
26:149
Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?
26:152
O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!
26:153
Onlar dedilər: "Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)
26:154
Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir mö´cüzə gətir!"
26:155
(Saleh) dedi: "Bu, (Allahın mö´cüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!)
26:158
Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
26:159
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
26:161
O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?
26:162
Şübhəsiz ki, mən sizin üçün e´tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və´dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
26:164
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
26:166
Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!"
26:167
Onlar dedilər: "Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!"
26:169
Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!"
26:173
Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!
26:174
Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
26:175
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
26:177
O zaman ki, Şüeyb onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?
26:178
Şübhəsiz ki, mən sizin üçün e´tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və´dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
26:180
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
26:183
İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!
26:185
Onlar dedilər: "Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?)
26:189
Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.
26:190
Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
26:191
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
26:194
(Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);
26:196
Həqiqətən, o (Qur´anın nazil olacağı xəbəri, mə´nası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur.
26:197
Məgər İsrail övladı alimlərinin (Qur´anın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi?
26:199
Və o (Qur´anı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər.
26:207
Onlara verilmiş olan ne´mətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol ne´mət onların günahlarını, cinayətlərini daha da artırar).
26:213
Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!
26:215
Sənə tabe olan mö´minləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)
26:216
Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!"
26:223
(Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!