Zumər surəsi

39:23

Allah sözün ən gözəlini (Qur´anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, və´dləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Qur´anın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, və´dlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Qur´an) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!