Yusuf surəsi

12:43

(Bir gün) padşah (Misir padşahı) belə dedi: "Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey ə´yanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!"