Yusuf surəsi

12:41

Ey iki zindan yoldaşım! (Yuxularınızın mə´nasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə e´dam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!" (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)