Yusuf surəsi

12:37

(Yusif) belə cavab verdi: "Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mə´nasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!