Yunus surəsi

10:15

(Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq-hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir Qur´an gətir və ya onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına (istədiyim kimi) dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, (müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram".