Ya sin surəsi

36:47

Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!" - deyildiyi zaman, kafirlər mö´minlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!" - deyərlər. Siz (bu e´tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.