Tovbə surəsi

9:30

Yəhudilər: "Üzeyr Allahın oğludur", xaçpərəstlər də: "Məsih (İsa) Allahın oğludur", - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin ("mələklər Allahın qızlarıdır" - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lə´nət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!