Tovbə surəsi

9:114

İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və´də görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.