Ta ha surəsi

20:39

(O zaman ki, Mən anana buyurmuşdum: ) "(Musanı) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Fir´on) onu (sudan tapıb) götürsün". (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim heç vaxt üstündən əskik olmadı. Elə etdim ki, Fir´on özü, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi).