Şura surəsi

42:21

Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır. Əgər (cəzanın qiyamətə saxlanılması barədə) qəti söz (və´d) olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı (hamısı elə dünyada ikən əzaba düçar edilərdi). Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!