Səba surəsi

34:31

(Kitab əhlinin mö´minləri məkkəlilərə: "Biz sizin peyğəmbərinizin vəsflərini öz kitablarımızda görmüşük",- söylədikləri zaman) kafir olanlar dedilər: "Biz nə bu Qur´ana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!" (Ya Rəsulum!) Kaş sən o zalımları (haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirib məzəmmət etdikləri) və acizlərin (dünyada) özlərini yuxarı tutanlara (tabe olanların öz rəislərinə): "Əgər siz olmasaydınız, biz mütləq mö´min olardıq!" - dedikləri zaman görəydin.