Səba surəsi

34:19

Lakin onlar: "Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!" - dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan Qəssan qəbiləsi Şama, Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə, Hüzeymə qəbiləsi İraqa, Övs və Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində "Səba əhli kimi pərən-pərən düşdülər" məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda (çətinliklərə) səbir, (ne´mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!