Saff surəsi

61:6

Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar mö´cüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər.