Rad surəsi

13:31

Əgər Qur´anla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab olsaydı və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Qur´an olardı). Bütün işlər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Və ya mö´minlər kafirlərin iman gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu tutmaq da, ondan çıxmaq da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın və´di (Məkkənin fəthi) yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: "Ya Rəsulum! Sən öz əshabən və ordunla onların yurdunun yaxınlığında dayanıb duracaqsan"). Həqiqətən, Allah Öz və´dinə xilaf çıxmaz!