Qasas surəsi

28:8

(Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın onun oğlu olduğunu Fir´ona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa qoyub Allaha dua edərək Nil çayına atdı. Bu zaman Fir´on zövcəsi ilə oturub Nilə tamaşa edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Fir´on xidmətçilərə onu tutub gətirməyi əmr etdi). Fir´onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən, Fir´on, Haman və onların əsgərləri (küfr etdiklərinə, mə´sum uşaqları öldürdüklərinə görə) günahkar idilər.