Qasas surəsi

28:78

(Qarun) dedi: "Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar).