Qasas surəsi

28:48

Dərgahımızdan onlara (müşriklərə) haqq (Qur´an və Peyğəmbər) gəldikdə onlar: "Musaya verilən (mö´cüzələr) nə üçün eynilə ona da verilmədi?" - dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: "İki sehr (Tövrat və Qur´an) bir-birilə köməkləşdi və biz (iki sehrbazın - Musanın və Muhəmmədin) hər birini inkar etdik!" - deməmişdilərmi?