Qasas surəsi

28:25

Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: "Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!" (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fir´onla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: "Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!"