Nisa surəsi

4:47

Ey kitab verilmiş kimsələr! Bə´zi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi, onlara da lə´nət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qur´ana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!