Nəhl surəsi

16:103

Biz (müşriklərin): "(Qur´anı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani-Farsi) öyrədir!" - dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Qur´anın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Qur´anın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)