Məryəm surəsi

19:58

Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə´qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne´mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə´qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə´qubun nəslindən olan peyğəmbərlərdəndir].