Maidə surəsi

5:66

Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların sonuncusu olan Qur´ana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin ne´mətlərindən) yeyərdilər. Onlar arasında mö´tədil (islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini e´tiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!