İbrahim surəsi

14:9

Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, (saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar mö´cüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: "Biz sizinlə göndərilənlərə (mö´cüzələrə və peyğəmbərliyinizə) inanmırıq və bizi də´vət etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!" - demişdilər.