Hud surəsi

11:18

Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: "Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!" Bilin ki, zalımlar Allahın lə´nətinə gələcəklər!