Həşr surəsi

59:24

O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şə´ninə tə´riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!