Hədid surəsi

57:26

And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və kitabı (Tövratı, Zəburu, İncili və Qur´anı) onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə (Allahın itaətindən çıxmış) fasiqlərdir!