Ğafir surəsi

40:50

(Cəhənnəm gözətçiləri) deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar mö´cüzələr gətirməmişdilər?" Onlar: "Bəli (gətirmişdilər)!" - deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: ) "Elə isə özünüz dua edin!" - deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz).