Ğafir surəsi

40:37

Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!" Fir´ona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fir´onun hiyləsi ancaq boşa çıxdı. (Fir´on xeyli xərc çəkib uca bir bina tikdirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi).