Fəth surəsi

48:27

And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö´yasının çin olduğunu təsdiq etdi. (Ey mö´minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə´ziniz) başınızı qırxdırmış, (bə´ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq "inşallah" demək lazımdır!)