Fəth surəsi

48:10

(Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında bey´əti-rizvanla) sənə bey´ət edənlər, şübhəsiz ki, Allaha bey´ət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (bey´əti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!