Əraf surəsi

7:203

(Ya Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklərinə) bir ayə gətirmədiyin zaman (sənə ayə nazil olmayanda): "Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin? - deyə soruşarlar. De: "Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu (Qur´an, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.