Ənkəbut surəsi

29:32

(İbrahim) dedi: "Orada (onların içində Allahın mö´min bəndəsi) Lut da var!" Onlar: "Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!" - deyə cavab verdilər.