Ənfal surəsi

8:53

(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən ne´məti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi ne´məti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin tayfalar Allahın ne´mətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi ne´mətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi).