Əhzab surəsi

33:25

Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah mö´minlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!