Əhqaf surəsi

46:17

(Özünü Allaha, axirət gününə iman gətirməyə də´vət edən) ata-anasına: "Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı və´d edirsiniz?! - deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: "Vay halına! (Ay yazıq) inan, Allahın və´di haqdır!" - deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!" - deyə cavab verər.