Casiyə surəsi

45:21

Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! (Dünyada naz-ne´mət içində yaşayan kafirlər: "Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!" - deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş mö´minlərə məxsusdur).