Bəqərə surəsi

2:74

Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bə´zi daşların içərisindən nəhrlər axar, bə´zisi yarılıb içindən su fışqırar və bə´zisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!