Bəqərə surəsi

2:176

Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Qur´anı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rə´ydə olanlar (onun hökmlərinin bə´zisini qəbul, bə´zisini rədd edənlər, bə´zisini gizlədənlər, bə´zisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər.