Bəqərə surəsi

2:136

(Ey mö´minlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə də´vət etmələrinə cavab olaraq) belə deyin: "Biz Allaha, bizə nazil olana (Qur´ana), İbrahimə, İsmailə, İshaqa, Yə´quba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (mö´cüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!"