Ali İmran surəsi

3:152

(Ühüd müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi və´dinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bə´ziləri dünyanı, bə´ziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah mö´minlərə qarşı mərhəmətlidir!